Siyavuş Novruzovdan AXC-Müsavata yeni ittiham

Siyavuş Novruzovdan AXC-Müsavata yeni ittiham “Azərbaycan II Dünya müharibəsinə 2 əsas amillə - təchizat və insan qüvvəsi ilə qoşulub”.
Milli Məclis
710
8 May , 2020 11:49
Siyavuş Novruzovdan AXC-Müsavata yeni ittiham
Siyavuş Novruzov / Report

“Azərbaycan II Dünya müharibəsinə 2 əsas amillə - təchizat və insan qüvvəsi ilə qoşulub”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 1992-ci ildə AXC-Müsavat cütlüyü Azərbaycanda hakimiyyətə gələndə bütün bu insanların üstündən xətt çəkib: “9 Mayın bayram kimi qeyd olunmasını ləğv etməklə demək olar ki, ərazilərimizin işğalının əsasını qoydu. Bizim qəhrəmancasına vuruşan ata-babalarımızı vətən xaini adlandırmaqla torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. Hər bir adam bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var. Amma onların özlərinin babaları, nəsli-nəcabətinin hamısı fərari idi. Özləri kimi fərarilərin adlarını ortaya çıxara bilmirdilər. O baxımdan da 9 Mayı ləğv edib, müharibəyə gedənləri vətən xaini adlandırdılar. İstər Əfqanıstan, istərsə də II Dünya müharibəsindən iştirak edənləri. Ulu Öndərin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik tamamilə aradan qaldırıldı. Bu gün o insanlarımız da bilir ki, vətən o insanların arxasındadır”.

Son xəbərlər

Orphus sistemi