Siyavuş Novruzov: “Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın”

Siyavuş Novruzov: “Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın” “Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar”.
Milli Məclis
5 İyun , 2020 11:32
Siyavuş Novruzov: “Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın”
Siyavuş Novruzov / Report

“Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:

“O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri assın. Onları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırdılar”.

Son xəbərlər

Orphus sistemi