Yuxarı

Siyavuş Novruzov: "Növbədənkənar prezident seçkisinin keçirilməsi müddətinin azaldılması haqqında yazılanlar təxribatdır"

YAP icra katibinin müavini: Konstitusiyanı oxumaq lazımdır
© Report — Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov

Bakı. 15 dekabr. REPORT.AZ/ “Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib".

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti konstitusiya ilə tənzimlənir: “Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidir. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri də deyir ki, gələn ilin martında növbədənkənar seçkilər keçirilir. Bunlar hamısı təxribatdır. Konstitusiyanı oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəsin Prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi