Yuxarı

Siyavuş Novruzov: "Müxalifət xalqı aldatmaq və onlardan istifadə etmək üçün bu addımı atır"

© Report — Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov

Bakı. 19 fevral. REPORT.AZ/ “Bəzən Azərbaycan hökumətinin atdığı addımları ayrı-ayrı şəxslər, məkrli niyyəti olan insanlar öz adlarına çıxmaq istəyirlər. Ötən gün müxalifət nümayəndələrindən biri internet kanallarında çıxış edərək fevralın 23-nə mitinq təyin etdiklərini bəyan edib. O çıxışında deyir ki, yanvarın 19-da mitinq keçirildi, nəticə olaraq hökumət pensiyaları, minimum əmək haqqlarını artırdı və digər addımlar atıldı. Onlar bunu öz düşündükləri tərzdə izah edirlər. Xalqı aldatmaq və insanlardan istifadə etmək üçün bu addımı atırlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Prezident İlham Əliyev ötən il keçirilən prezident seçkilərində bəyan etmişdi ki, islahatlar həyata keçiriləcək. Bu işlər mərhələli şəkildə həyata keçirilir. Bu artımlar göydən düşmür ki? Biz ötən il 2019-cu ilin dövlət büdcəsini müzakirə edən zaman bunlar nəzərə alınmışdı. Müxalifət mitinqi yanvarda keçirdi, artımların olması isə ötən ilin noyabrında nəzərdə tutulmuşdu. Bunlar büdcə sənədində əkisini tapmışdı, büdcənin icrası fevraldan həyata keçirilir. Nə qədər düşüncəsizdirlər ki, insanları ərtaflarına yığmaq, sosial baza forlamalaşdırmaq üçün ölkə başçısının atdığı addımları öz adlarına çıxırlar. Bu, onların naşılığıdır. Vaxtilə onlar büdcəyə süpürgə çəkirdilər, talamaqla məşğul idilər. Bu gün ölkənin büdcəsi xalqın maraqlarına xidmət edir” - S.Novruzov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi