Siyavuş Novruzov: "Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır"

Siyavuş Novruzov: "Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır" "Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır".
Milli Məclis
30 May , 2023 13:06
Siyavuş Novruzov: Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır

"Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxmaq lazımdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında ən çox müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların payı oldu: “Bu da təbiidir, çünki onların bu sahədə kifayət qədər təcrübəsi var. Bu gün dünyada NATO standartlarına uyğun təcrübə həyata keçirilir. Hərbi çağırış əsasında forma ikinci mərhələyə keçib. Bizdə də müəyyən faiz müqavilə əsasında hərbidə qulluq edənlər var və bu sayı daha da artırmaq lazımdır. Əvvəllər Rusiyadan və başqa ölkələrdən alınan hərbi texnikaların öyrənilməsi üçün 6 ay müddət tələb olunurdusa, indi NATO standartlı silahların öyrənilməsi üçün ən az 9-12 ay vaxt sərf olunur. Bizdə də hərbi xidmətin müddəti 12 ay və ya il yarımdır. Hərbi qulluqçu həmin müddət ərzində texnikanı idarə etməyi öyrənir, sonra da qulluğunu başa çatdırır. Ona görə də həmin şəxslərin müqavilə əsasında xidmət göstərməsi təqdirəlayiq olar. Hərbi çağırışların əsasları ilə yanaşı, hərbi xidmətdə müqavilə dərəcəsini də artırmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi