Siyavuş Novruzov: "Haqqı çatmayanlar əlillik alıb, haqqı çatanlar isə kənarda qalıblar"

Siyavuş Novruzov: "Haqqı çatmayanlar əlillik alıb, haqqı çatanlar isə kənarda qalıblar" Bakı. 31 may. REPORT.AZ/ “İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.
Milli Məclis
31 May , 2018 14:02
Siyavuş Novruzov: Haqqı çatmayanlar əlillik alıb, haqqı çatanlar isə kənarda qalıblar
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov / Report
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ “İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.

"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, elə şəxslər var ki, onların haqqı çatmasa da əlillik ala bilirlər: “Elələri də var ki, haqqı çatır, amma ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər”.

S.Novruzov əlillik alan bəzi şəxslərin işləyə biləcəyini söyləyib: “Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər”.

Son xəbərlər

Orphus sistemi