Siyavuş Novruzov “Facebook”da səhifə açıb: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”

Siyavuş Novruzov “Facebook”da səhifə açıb: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam” Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.
Milli Məclis
23 Avqust , 2019 16:58
Siyavuş Novruzov “Facebook”da səhifə açıb: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.

S.Novruzov “Report”a açıqlamasında deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.

YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: “Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.

Son xəbərlər

Orphus sistemi