Yuxarı

Siyavuş Novruzov: "Elmira Süleymanova xaricdə gizlənənlərlə bağlı həmkarlarına müraciət etməlidir"

© Report/ Firi Salim — YAP İcra katibinin müavini Siyavuş Novruzov

Bakı. 5 mart. REPORT.AZ/ “Qanundan qaçıb yayınan, Azərbaycanın hüdudlarından kənarda olan bir qrup insan var ki, nə qanuna baxır, nə milli mənəvi dəyərə baxır, nə də ictimaiyyətin fikirlərinə əhəmiyyət verir. Onlar fəaliyyətlərini təhqirə, böhtana, dövlət çevrilişinə çağırışa, silahlı basqına yönəldiblər. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilindən xahiş edirəm ki, öz vasitəsilə həmin ölkələrin ombudsmanlarına müraciət etməklə bu məsələləri onların diqqətinə çatdırsın”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Hər hansı ölkənin vətəndaşı Azərbaycanda oturub öz ölkəsinə qarşı bu cür addımlar atırsa, onlar hansı mövqeyi tutarlar? Prezident İlham Əliyevin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələlərə diqqət yetirilməlidir”, - S.Novruzov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi