Siyavuş Novruzov: “Dövlətə xeyri olmayan elmi iş müdafiə edənlərə niyə əlavə pul verilməlidir?”

Siyavuş Novruzov: “Dövlətə xeyri olmayan elmi iş müdafiə edənlərə niyə əlavə pul verilməlidir?” Parlamentin komitə sədri: “O zaman əlavə pul verilməlidir ki, həmin işin cəmiyyətə, dövlətə xeyri olsun”
Milli Məclis
1 Fevral , 2018 14:49
Siyavuş Novruzov: “Dövlətə xeyri olmayan elmi iş müdafiə edənlərə niyə əlavə pul verilməlidir?”
Siyavuş Novruzov / Report

Bakı. 1 fevral. REPORT.AZ/ “Yazırlar, müdafiə edib, elmlər namizədi olurlar. Sonra da deyirlər ki, buna görə əlavə əməkhaqqı verilməlidir. Alimə o zaman əlavə pul verilməlidir ki, həmin işin cəmiyyətə, dövlətə xeyri olsun. Həmin elmi işin dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Peşə təhsili haqqında” qanunun müzakirəsi zamanı deyib.

S.Novruzov qeyd edib ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: “Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda belə kadrların hazırlanması gündəmdə deyil. Bu, çox vacib məsələdir”.

Son xəbərlər

Orphus sistemi