Siyavuş Novruzov: "Dövlət strukturunda islahatlar davam edir"

Siyavuş Novruzov: "Dövlət strukturunda islahatlar davam edir" “Ötən il Nazirlər Kabinetinin tərkibində də islahatlar aparıldı. Heydər Əliyevin siyasi xəttinə və yoluna sadiq olan, ölkə başçısına sədaqətlə xidmət göstərən insanlar – Novruz Məmmədov və onun müavinləri ilə bağlı təyinat oldu. Kabinetdə gedən islahatlar davam etməkdədir”.
Milli Məclis
15 Mart , 2019 13:31
Siyavuş Novruzov: Dövlət strukturunda islahatlar davam edir
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov / Report
0 : 00
0 : 00

“Ötən il Nazirlər Kabinetinin tərkibində də islahatlar aparıldı. Heydər Əliyevin siyasi xəttinə və yoluna sadiq olan, ölkə başçısına sədaqətlə xidmət göstərən insanlar – Novruz Məmmədov və onun müavinləri ilə bağlı təyinat oldu. Kabinetdə gedən islahatlar davam etməkdədir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, dövlət strukturunda islahatlar davam edir: “İqtisadiyyatın, sahibkarlığın inkişafına maneçilik törədən, özəl sektorun işinə müdaxilə edən strukturlar ləğv olundu. Mövcud vəziyyətin yaxşılaşdırılması üçün strukturlar yaradıldı və proses bu gün də davam edir”.

Son xəbərlər

Orphus sistemi