Siyavuş Novruzov: "Bu gün kim nə cür struktur istəyir, axşam fikirləşir, gəlir tətbiq etməyə"

Siyavuş Novruzov: "Bu gün kim nə cür struktur istəyir, axşam fikirləşir, gəlir tətbiq etməyə" “Biz hər şeyi insan üçün yaradırıq. Əgər insana əziyyət verəcəyiksə, bunu niyə edirik. Bina tikiləndə altında supermarket yaradırlar ki, vətəndaş əziyyət çəkməsin. Turizm sahəsini götürək. Şahdağ bizim ən böyük turizm mərkəzimizdir"
Milli Məclis
1199
6 Avqust , 2020 13:36
Siyavuş Novruzov: Bu gün kim nə cür struktur istəyir, axşam fikirləşir, gəlir tətbiq etməyə
Report

“Biz hər şeyi insan üçün yaradırıq. Əgər insana əziyyət verəcəyiksə, bunu niyə edirik. Bina tikiləndə altında supermarket yaradırlar ki, vətəndaş əziyyət çəkməsin. Turizm sahəsini götürək. Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bunu birləşdirib mərkəzi Xaçmaz rayonuna salınıb. Digər bölgəni isə Zərdaba salıblar. Zərdabda turizm var? Bu məsələ ilə bağlı Nazirlər Kabineti qərar qəbul etməlidir. Ya rayonlar birləşməlidir. Bu gün 84 rayon birləşib 64 ola bilər. Mərkəzləşmə yalnız bu halda mümkündür”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün insanlar üçün zəruri olan məsələləri həll edən qurumlar birləşdirilir: “Müəllim təhsil şöbəsinə getməlidir. Amma bunun üçün 70 km məsafə qət etməlidirlər. Bakının üç rayonunun birləşdirilməsi başa düşülür. Amma kənd rayonlarında bunu etmək absurddur. Məsələn, Qərb bölgəsində mərkəzləşdirmə ediblər. Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?! Özünü təmin etmək üçün rayonların strukturu olmalıdır. Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var. Burada hansısa nazirliyin tənqidindən söhbət getmir. Bu gün kim nə cür struktur istəyir, axşam fikirləşir gəlir tətbiq etməyə”.

Orphus sistemi