Siyavuş Novruzov: “Bəzən ölüləri kim harada gəldi basdırır”

Siyavuş Novruzov: “Bəzən ölüləri kim harada gəldi basdırır” Bakı. 5 oktyabr. REPORT.AZ/ “Müasir dövrdə çox ciddi xəstəliklər var. Elə xəstəliklər var ki, yoluxucudur, həmin xəstəlik üçün kimyəvi maddələrdən istifadə edilir. Həmin şəxslər vəfat edərkən elə yerdə dəfn edilməlidir ki, su qovşağından ən azı 300 metr aralı olsun”.
Milli Məclis
5 Oktyabr , 2018 13:16
Siyavuş Novruzov: “Bəzən ölüləri kim harada gəldi basdırır”
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov / Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Müasir dövrdə çox ciddi xəstəliklər var. Elə xəstəliklər var ki, yoluxucudur, həmin xəstəlik üçün kimyəvi maddələrdən istifadə edilir. Həmin şəxslər vəfat edərkən elə yerdə dəfn edilməlidir ki, su qovşağından ən azı 300 metr aralı olsun”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qəbirlərlə əkin sahəsi arasında müəyyən qədər məsafə olmalıdır: “Bəzən şahidi oluruq ki, ölüləri kim harada gəldi basdırır. Məktəbin, xəstəxanın, su hövzəsinin yaxınlığında bu işləri həyata keçirmək olmaz. Bu, çox təhlükəlidir”.

Son xəbərlər

Orphus sistemi