Siyavuş Novruzov: "Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa təşkilatları ilə münasibətlərimizi qorumalıyıq"

Siyavuş Novruzov: "Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa təşkilatları ilə münasibətlərimizi qorumalıyıq" Bakı. 5 oktyabr. REPORT.AZ/ “Hansısa beynəlxalq təşkilata qoşulanda xalqın marağından çıxış edərək addım atırıq. Azərbaycan Prezidenti xalqın maraqlarından çıxış edir. Biz qonşularımızla xoş münasibətdə olmalıyıq”.
Milli Məclis
5 Oktyabr , 2018 14:00
Siyavuş Novruzov: Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa təşkilatları ilə münasibətlərimizi qorumalıyıq

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Hansısa beynəlxalq təşkilata qoşulanda xalqın marağından çıxış edərək addım atırıq. Azərbaycan Prezidenti xalqın maraqlarından çıxış edir. Biz qonşularımızla xoş münasibətdə olmalıyıq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

“Biz şahidi olduq ki, 1990-cı illərdə qonşularla yaxşı münasibətdə olmamaq hansı nəticələrə gətirib çıxardı. Keçmiş iqtidarın dövründə demək olar ki, qonşuların hər biri ilə düşmən vəziyyətində idik. Ölkəni uçurumdan ümummilli lider Heydər Əliyev xilas etdi, qonşularla münasibətləri tənzimlədi. Mütəmadi olaraq Avropa təşkilatlarından Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyirlər. Hesab edirəm ki, onlarla da münasibətlərimizi qorumalıyıq, fikirlərimizi deməliyik, öz həqiqətlərimizi çatdırmalıyıq, Avropa meydanında istifadə etməliyik. Bilirik, ədalətsizdirlər, sadəcə, orada olub sözümüzü deməliyik”,- komitə sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi