Siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüblər

Siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüblər Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər.
Milli Məclis
4 İyul , 2019 15:26
Siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüblər

Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər.

Parlamentdən “Report”a verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak ediblər.

S.Novruzov bu cür görüşlərin fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir: “Deputatlarımız təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir, qurum çərçivəsində müzakirəyə çıxarılan məsələlərə obyektiv münasibət bildirirlər”.

Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verib, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini söyləyiblər.

Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildiriblər.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak səfər çərçivəsində keçirdiyi görüşlərdən və apardıqları danışıqlardan bəhs edib. Bildirilib ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və ölkəmizlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Söhbət zamanı Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi