Siyasi partiyalara və siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq

Siyasi partiyalara və siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq Bu sıraya İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti daxildir
Milli Məclis
18 Sentyabr , 2015 18:37
Siyasi partiyalara və siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına 4 kütləvi informasiya vasitələrində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Bu barədə “Report”a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bu sıraya İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti daxildir.

Həmin qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Son xəbərlər

Orphus sistemi