Senator: "Pakistan Azərbaycandakı parlament seçkilərini yüksək qiymətləndirir"

Senator: "Pakistan Azərbaycandakı parlament seçkilərini yüksək qiymətləndirir" "Yaşlı insanların fəallığı nümayəndə heyətini heyrətləndirib"
Milli Məclis
2 Noyabr , 2015 16:56
Senator: Pakistan Azərbaycandakı parlament seçkilərini yüksək qiymətləndirir

Bakı. 2 Noyabr. REPORT.AZ/ "Pakistan Azərbaycandakı parlament seçkilərini yüksək qiymətləndirir".

"Report" xəbər verir ki, bunu Pakistan Senatından olan müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri Müsahid Hüseyn Seyid deyib.

"Seçkilər şəffaf və ədalətli keçib. Biz həmçinin seçkilərin təşkilini də yüksək qiymətləndiririk", - M.Hüseyn Seyid bildirib.

Onun sözlərinə görə, sərbəst şəkildə seçki məntəqəsinə gələn yaşlı insanların fəallığı nümayəndə heyətini heyrətləndirib: "Onlar seçki prosesində fəal idi, sərbəst hərəkət edir, sakitcə səslərini verirdilər. Mən xüsusilə seçki prosesində qadınların iştirakını qeyd etmək istərdim. Onlar həm səs verənlər, həm də seçki komissiyasının üzvləri və müşahidəçilər arasında fəallıq göstərirdi. Bu, ölkədə kişi və qadınların bərabərliyinin mövcudluğundan xəbər verir".

O, Azərbaycan-Pakistan münasibətləri barədə danışarkən qeyd edib ki, iki ölkə arasında səmimi və dostluq münasibətləri mövcuddur: "Rəsmi İslamabad Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, o cümlədən beynəlxalq arenada həmişə rəsmi Bakını dəstəkləyib. Biz Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını pisləyirik və onlarla heç bir diplomatik əlaqələ qurmuruq".

Son xəbərlər

Orphus sistemi