Səməd Seyidov: “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində rotasiya qaydasında dəyişiklik edilib”

Səməd Seyidov: “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində rotasiya qaydasında dəyişiklik edilib” Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: “Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir”
Milli Məclis
105
5 Yanvar , 2018 14:05
Səməd Seyidov: “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində rotasiya qaydasında dəyişiklik edilib”

Bakı. 5 yanvar. REPORT.AZ/ "Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibində rotasiya qaydasında dəyişiklik edilib".

“Report” xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

O bildirib ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək: “Təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcək”.

Son xəbərlər

Orphus sistemi