Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi bütün dünyaya mesajdır”

Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi bütün dünyaya mesajdır” Bakı. 14 sentyabr. REPORT.AZ/ “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, bütün dünyaya mesajdır”.
Milli Məclis
14 Sentyabr , 2018 12:22
Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi bütün dünyaya mesajdır”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, bütün dünyaya mesajdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

S.Seyidov qeyd edib ki, bu əlaqələr iqtisadi, mədəni və humanitar sahədə deyil, həmçinin hərbi sahədə də yüksək səviyyədə inkişaf edir: “Güclü orduya malik olan Azərbaycanı Türkiyə və Gürcüstan da dəstəkləyir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Son xəbərlər

Orphus sistemi