Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün Berlinə gedəcək

Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün Berlinə gedəcək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.
Milli Məclis
12 Noyabr , 2019 10:53
Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün Berlinə gedəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.

Parlamentin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd AŞPA-nın Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etməkdir. 

Toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

Səfər noyabrın 16-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi