Səməd Seyidov AŞPA-nın Daimi Komitəsinin iclasında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın Daimi Komitəsinin iclasında iştirak edəcək Noyabrın 25--26-da İtaliyanın paytaxtı Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçiriləcək.
Milli Məclis
23 Noyabr , 2021 10:47
Səməd Seyidov AŞPA-nın Daimi Komitəsinin iclasında iştirak edəcək
Səməd Seyidov

Noyabrın 25--26-da İtaliyanın paytaxtı Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçiriləcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Daimi Komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti, miqrantların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi