Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin müddəti uzadılır

Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin müddəti uzadılır Tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin müddəti daha 3 il uzadılır.
Milli Məclis
27 Yanvar , 2021 16:52
Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin müddəti uzadılır

Tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin müddəti daha 3 il uzadılır.

"Report"un xəbərinə görə, bununla bağlı "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılır. Bununla da tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi