Şəhərsalma fəaliyyəti ilə bağlı pozuntuların aradan qaldırılması üçün yazılı göstərişi icra etməyənlər cərimələnəcək.
“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 394.0.8-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilən pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilən yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.