Sədr: "Ermənistanın işğal siyasəti regionda sülhə və sabitliyə təhlükədir"

Sədr: "Ermənistanın işğal siyasəti regionda sülhə və sabitliyə təhlükədir" Milli Məclisin Sədri Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron arasında telefon danışığı olub.
Milli Məclis
1 Oktyabr , 2020 16:42
Sədr: Ermənistanın işğal siyasəti regionda sülhə və sabitliyə təhlükədir

 Milli Məclisin Sədri Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron arasında telefon danışığı olub.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Telefon söhbətində Milli Məclisin Sədri Parlamentlərarası İttifaqın Prezidentinə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən cəbhə xəttində törədilən hərbi təxribatlar barədə məlumat verib. Milli Məclisin Sədri Ermənistanın son 30 ildir davam edən işğal siyasətinin regionda sülhə və sabitliyə təhlükə olduğunu vurğulayıb.

S.Qafarova qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təxribat törətməklə aşkar şəkildə beynəlxalq birliyin çağırışlarına məhəl qoymadığını nümayiş etdirir. İşğalçı ölkə mülki vətəndaşları da hədəfə alaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

S.Qafarova Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barronla telefon danışığında beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı siyasətini sərt şəkildə qınamağa çağırıb.

Qeyd edək ki, Parlamentlərarası İttifaq dünyanın 179 ölkəsinin parlamentini özündə birləşdirən ən böyük beynəlxalq parlament təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi