Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda məntəqə seçki komissiyası üzvünün seçki məntəqəsinin girişində dayanaraq vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlaması ilə bağlı müddəa qanunvericilikdən çıxarılıb.
“Report”un xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik layihəsi Parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, məcəllədən 104.7-ci (Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır) bənd çıxarılıb.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.