Samir Şərifov yeni doğulan uşağa görə müavinət verilməsi təklifinə münasibət bildirib

Samir Şərifov yeni doğulan uşağa görə müavinət verilməsi təklifinə münasibət bildirib Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.
Milli Məclis
7 Noyabr , 2018 13:48
Samir Şərifov yeni doğulan uşağa görə müavinət verilməsi təklifinə münasibət bildirib

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

“Report”un xəbərinə görə, o, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil.

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”, - nazir deyib.

Son xəbərlər

Orphus sistemi