“Bir neçə gün öncə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Qurultay Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu nümayiş etdirdi”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Qurultayda geniş və dərin məzmunlu nitq söyləyib: “Bu nitq qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib”.