Sahibə Qafarova türkiyəli həmkarına zəng edib

Sahibə Qafarova türkiyəli həmkarına zəng edib “Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri, dəyərli həmkarım Mustafa Şentopla növbəti telefon danışığımız olub”.
Milli Məclis
24 Avqust , 2020 17:33
Sahibə Qafarova türkiyəli həmkarına zəng edib
Sahibə Qafarova

“Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri, dəyərli həmkarım Mustafa Şentopla növbəti telefon danışığımız olub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova “Facebook” səhifəsində bildirib.

“Telefon danışığı zamanı qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə Mustafa bəyi və onun simasında bütün Türk xalqını həm öz adımdan, həm də Milli Məclisin bütün üzvləri adından təbrik etdim”, - S.Qafarova qeyd edib.

Son xəbərlər

Orphus sistemi