Sahibə Qafarova: “İyun ayı üçün növbədənkənar sessiya çağırılıb, Milli Məclisin iclasları olacaq”

Sahibə Qafarova: “İyun ayı üçün növbədənkənar sessiya çağırılıb, Milli Məclisin iclasları olacaq” “83 deputat Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam. İyun ayında iclaslar olacaq”.
Milli Məclis
31 May , 2023 13:48
Sahibə Qafarova: “İyun ayı üçün növbədənkənar sessiya çağırılıb, Milli Məclisin iclasları olacaq”

“83 deputat Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam. İyun ayında iclaslar olacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 31-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sədr bildirib ki, qanunverici orqanın yaz sessiyasında 14 iclas keçirilib, 91 qanun qəbul edilib: “Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib”.

Son xəbərlər

Orphus sistemi