Sahibə Qafarova: "Azərbaycan xarici siyasət sahəsində geniş imkanlara malikdir”

Sahibə Qafarova: "Azərbaycan xarici siyasət sahəsində geniş imkanlara malikdir” Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, demokratik, hüquqi, sivil, dünyəvi, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində fəal diplomatik əlaqələrə və geniş imkanlara malikdir”.
Milli Məclis
9 May , 2020 15:07
Sahibə Qafarova: Azərbaycan xarici siyasət sahəsində geniş imkanlara malikdir”

"Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, demokratik, hüquqi, sivil, dünyəvi, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində fəal diplomatik əlaqələrə və geniş imkanlara malikdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib. 

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz dünya iqtisadi və siyasi birliyinə uğurla inteqrasiya edib, qlobal layihələrin mərkəzinə, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların hörmət və diqqətlə yanaşdığı nüfuzlu dövlətə çevrilib:

“Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya birliyinə üzv olan bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada söykənən səmərəli münasibətlər qurub, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaradıb. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatının da fəal üzvlərindən biridir və hazırda bu təşkilata uğurla sədrlik etməkdədir. Eyni zamanda digər mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan verib”. 

Milli Məclis Sədri deyib ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı mühüm beynəlxalq təşəbbüslər irəli sürüb, sülh və əməkdaşlıq məkanı kimi özünü təsdiq edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, respublikamızın müəllifi olduğu layihələr dünyanın enerji xəritəsini dəyişdirilib, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb”.

Son xəbərlər

Orphus sistemi