Sahibə Qafarova: "Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir"

Sahibə Qafarova: "Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir" Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında çıxış edib
Milli Məclis
1 İyun , 2021 18:01
Sahibə Qafarova: Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir
Sahibə Qafarova

"Bu gün biz çətin bir dövr yaşayırıq. Dünya birliyi terrorizm, mütəşəkkil cinayətkarlıq, insan və narkotik ticarəti, qaçqın və məcburi köçkün problemləri, yoxsulluq, iqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar kimi ciddi təhdidlərlə qarşılaşır".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, COVID-19 problemi beynəlxalq ictimaiyyət üçün gözlənilməz bir sınaq idi və bəşəriyyət bu pandemiyaya qarşı mübarizədə bütün gücünü toplamalı oldu:

"Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Ötən il Azərbaycan Prezidenti Türk Şurası zirvəsinin, Qoşulmama Hərəkatının zirvəsinin və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirilməsinin təşəbbüskarı olub. Bu təşəbbüslər bir daha Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini nümayiş etdirir".

Milli Məclisin sədri qeyd edib ki, dünya ictimaiyyətinin üzləşdiyi çətinliklər artdıqca, onları həll etmək üçün daha təsirli və rasional yanaşmalar tapmalıyıq:

"Parlamentlər hərtərəfli əməkdaşlıq sayəsində bu baxımdan vacib rol oynayır və parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin bəşəriyyət üçün əhəmiyyəti artır".

Son xəbərlər

Orphus sistemi