Sabir Rüstəmxanlı: "Məşğul əhalinin sayı artırılmalıdır"

Sabir Rüstəmxanlı: "Məşğul əhalinin sayı artırılmalıdır" “Son illər ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı xeyli proqramlar hazırlanıb. Ancaq biz sənədlərdən daha çox onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”.
Milli Məclis
715
5 Avqust , 2020 15:43
Sabir Rüstəmxanlı: Məşğul əhalinin sayı artırılmalıdır
Sabir Rüstəmxanlı

“Son illər ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı xeyli proqramlar hazırlanıb. Ancaq biz sənədlərdən daha çox onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”. 

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanuna dəyişiklik layihəsi məşğul əhalinin sayının artırılmasına hesablanmalıdır: “Mənə deputat seçildiyim rayondan edilən müraciətlərdə onlarla insan qeyd edir ki, məşğulluq idarəsi onları qeydiyyata almır. Bu işdə qeydiyyatın elektronlaşması da müsbətdir, amma rayon yerində bir çox insan bunu edə bilmir. Bu qanun layihəsinə təklif edilən dəyişikliklə bir çox bürokratik əngəllər aradan qaldırılır. Ancaq bu dəyişikliklə yenə də əhalinin müəyyən qismi diqqətdən kənar qalacaq. Rayonlarda müvafiq qurumlarda çalışan insanların münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir. Burada ciddi işlərə ehtiyac var. İşləməyən məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”.

Son xəbərlər

Orphus sistemi