Quruyan ağacların yerinə yenisinin əkilməməsi ilə bağlı parlamentdə məsələ qaldırılıb

Quruyan ağacların yerinə yenisinin əkilməməsi ilə bağlı parlamentdə məsələ qaldırılıb “Yaşıllıqların götürülməsi ilə bağıl xeyli sayda qanunvericilik bazası olsa da, bəzi məqamlarda qanunlar işləmir. Misal olaraq, Şirvanda bir ərazidə 40-a yaxın ağacın quruduğu sahədə 3 ilə yaxındır ki, yeni ağacların əkilməsinə nail ola bilmirəm. Halbuki
Milli Məclis
26 Yanvar , 2023 16:02
Quruyan ağacların yerinə yenisinin əkilməməsi ilə bağlı parlamentdə məsələ qaldırılıb

"Yaşıllıqların götürülməsi ilə bağıl xeyli sayda qanunvericilik bazası olsa da, bəzi məqamlarda qanunlar işləmir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov komitənin bugünkü iclasında deyib.

Deputat misal olaraq bildirib ki, Şirvanda 40-a yaxın ağacın quruduğu sahədə 3 ilə yaxındır yeni ağacların əkilməsinə nail ola bilmir. Onun sözlərinə görə, halbuki qanunvericilikdə bu müddət təxminən 1 həftə göstərilir.

İ.Yusifov həmçinin poliqonlarla bağlı problemlərin həllini tapmadığına görə narazılıq edib. Komitə üzvü ötən ilin sonunda ən böyük məbləğli dövlət büdcəsinin qəbul edildiyini xatırladıb.

O, lakin bölgələrdə poliqonların işləməsi ilə bağlı iş görülmədiyini söyləyib: "Aidiyyəti qurumlar poliqonların icra statusu barədə bizə məlumat verməlidirlər".

Son xəbərlər

Orphus sistemi