Qumar oyunları ilə bağlı cərimələri nəzərdə tutan dəyişiklik ləğv olunub

Qumar oyunları ilə bağlı cərimələri nəzərdə tutan dəyişiklik ləğv olunub Qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə cərimələri nəzərdə tutan dəyişiklik layihəsi İnzibati Xətalar Məcəlləsindən (İXM) çıxarılıb.
Milli Məclis
27 dekabr 2021 09:24
Qumar oyunları ilə bağlı cərimələri nəzərdə tutan dəyişiklik ləğv olunub

İnzibati Xətalar Məcəlləsinə qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə cərimələrlə bağlı təklif olunan dəyişikliklər ləğv olunub.

"Report"un xəbərinə görə, parlamentdə I və II oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən layihədə əksini tapan 401.1-ci maddədə qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə edilməsi təklif olunurdu.

Ancaq III oxunuşda müzakirəyə təqdim edilən layihədə isə həmin maddə əksini tapmayıb.

Son xəbərlər

Orphus sistemi