Bakı. 29 oktyabr. REPORT.AZ/ Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu partiyanın noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtina etməsi ilə bağlı qərarına münasibət bildirib.
Q.İbadoğu "Report"a açıqlamasında deyib ki, baş verənlər Müsavatın seçki kimi siyasi partiya üçün əhəmiyyət kəsb edən məsələlərdə belə strateji yanaşmasının mövcud olmadığını göstərir: "Hazırkı rəhbərlik merkantil maraqlarından çıxış edərək atdığı yanlış və sistemsiz taktiki addımları ilə partiyanı daha da zəiflətmək xəttini davam etdirir".