“Qida  təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanacaq

“Qida  təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanacaq Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Milli Məclis
1865
22 Sentyabr , 2020 13:25
“Qida  təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanacaq

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

"Report" xəbər verir ki, komitə sədri Tahir Rzayev qanunverici orqanın yaz sessiyasında görülən işlər barədə hesabat verib. 

Hesabat qəbul olunub. 

Daha sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida  təhlükəsizliyi  haqqında” qanun layihəsinin hazırlanması, bir  sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər  edilməsi barədə məsələlər daxil edilib. 

Son xəbərlər

Orphus sistemi