Qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb

Qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb.
Milli Məclis
15 Noyabr , 2017 13:35
Qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb
Milli Məclis / Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 155-ci (Qətimkan tədbirlərinin tətbiqi əsasları) maddəsinin 6-cı bəndində deyilir: “Təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci (Qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır) maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir. Bu bənddə “və ona alternativ” sözləri “ev dustaqlığı və girov” sözləri ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi