Yuxarı

Qənirə Paşayeva: “Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər” - YENİLƏNİB

Milli Məclisdə dinləmə keçirilir
© Report

Bakı. 30 yanvar. REPORT.AZ/ “Report”un xəbərinə görə, deputat Qənirə Paşayeva çıxışında rəsmi qeydiyyatda olmayan vərəm xəstələri ilə bağlı narahatlığını bildirib. O deyib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil: “Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər”.

Q.Paşayeva bununla bağlı mətbuatda, televiziyalarda maarifləndirmə verilişlərinin vacibliyinə toxunub.

Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların edilməsi müsbət addım olar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər. Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, ordudan qayıdanların vərəmlə bağlı müayinəsi aparılmalıdır: “Çünki sərhəd-dağ bölgələrinin sərt iqlimi var. Bunu nəzərə alaraq bu fikri səsləndirirəm”.


12:18

Bakı. 30 yanvar. REPORT.AZ/ “Dünyada 2015-ci ildə 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5.9 milyonu (56 faiz) kişi, 3.5 milyon (34 faiz) qadın və 1 milyon (10 faiz) uşaq olub. Hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 2.5 milyon insan isə bu xəstəlikdən vəfat edir”.

“Report”un xəbərinə görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır: “Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olur. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq vərəmdən dünyasını dəyişib. Azərbaycanda isə son 5 ildə xəstələnmənin dinamikasında azalma müşahidə olunur. 2010-cu ildə 100 min əhaliyə 53 xəstə, 2014-cü ildə 100 min əhaliyə 43,5 xəstə, 2016-cı ildə 100 min əhaliyə 38,9 xəstə olub. Yeni hallar arasında sağalma 83 faiz, təkrar hallar arasında sağalma isə 73 faiz olub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi