Qanunvericilikdə peşə təhsili müəssisəsinin maliyyə mənbələri müəyyən olunub

Qanunvericilikdə peşə təhsili müəssisəsinin maliyyə mənbələri müəyyən olunub Bakı. 15 noyabr. REPORT.AZ/ “Peşə təhsili haqqında” qanun layihəsində peşə təhsili müəssisəsinin maliyyə mənbələri müəyyən olunub. “Report”un xəbərinə görə, qanunun 22-ci (Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi) maddəsində qeyd olunub:
Milli Məclis
15 Noyabr , 2017 15:07
Qanunvericilikdə peşə təhsili müəssisəsinin maliyyə mənbələri müəyyən olunub
Bakı. 15 noyabr. REPORT.AZ/ “Peşə təhsili haqqında” qanun layihəsində peşə təhsili müəssisəsinin maliyyə mənbələri müəyyən olunub.

“Report”un xəbərinə görə, qanunun 22-ci (Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi) maddəsində qeyd olunub:

Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
1. dövlət peşə təhsili müəssisəsi:
1. dövlət büdcəsindən ayrılan vəsaitlər;
2. dövlət fondlarının vəsaitləri;
3. büdcədənkənar vəsaitlər;
4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;
5. kreditlər, qrantlar, ianələr;
6. innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
7. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar;
8. qanunvericiliklə qadağan olunmayan digər mənbələr;
Bələdiyyə və özəl peşə təhsili müəssisələri:
1. təsisçinin (təsisçilərin) vəsaitləri;
2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;
3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
5. qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar;
6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər.
Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.

Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.

Peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.

Son xəbərlər

Orphus sistemi