Yuxarı

Azərbaycan qanunvericiliyində doğumun qeydə alınması ilə bağlı maddədə dəqiqləşmə aparılıb

© Report

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan qanunvericiliyində doğumun qeydə alınması ilə bağlı maddədə dəqiqləşmə aparılıb.

“Report” xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 166-cı (Doğumun qeydə alınması qaydası) maddəsinin 2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

Dəyişiklik isə belədir: “Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilən etibarnaməsi əsasında təyin olunmuş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

Layihədə bildirilib ki, məcəlləyə təklif edilən dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qanun layihısi Milli Məclisin plenar iclasında müzakirə vəv səsverməyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi