Peşə təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilməyəcək

Peşə təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilməyəcək Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda peşə təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilməyəcək.
Milli Məclis
15 Noyabr , 2017 16:18
Peşə təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilməyəcək
Milli Məclis / Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda peşə təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilməyəcək.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanunda əksini tapıb.

Qanunun 10-cu (Peşə təhsili müəssisəsi) maddəsində deyilir: “Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.

Peşə təhsili müəssisəsi publik hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir, banklarda hesablaşma hesabı və digər hesabları ola bilər.

Son xəbərlər

Orphus sistemi