Peşə məktəblərinin məzunlarının topladıqları kreditlər universitetlərdə nəzərə alınacaq

Peşə məktəblərinin məzunlarının topladıqları kreditlər universitetlərdə nəzərə alınacaq Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
15 Oktyabr , 2021 13:08
Peşə məktəblərinin məzunlarının topladıqları kreditlər universitetlərdə nəzərə alınacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi