Bakı. 14 fevral. REPORT.AZ/ Yeni hazırlanmış “Peşə birlikləri haqqında” qanun layihəsi peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir.
“Report” xəbər verir ki, bunu
O bildirib ki, qanun layihəsi müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir: “Qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Peşə birlikləri ilə bağlı fəaliyyət var. Sadəcə, mövcud ictimai münasibətlər qanunvericilik çərçivəsində tənzimlənmir. Bunu qanun formasına salıb təqdim etməyə ehtiyac var idi və biz bunu etdik. Bu qanun layihəsi həm dövlətin, həm də peşə birliklərinin maraqlarına uyğundur”.