Parlamentin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu

Parlamentin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.
Milli Məclis
1007
30 Dekabr , 2020 13:39
Parlamentin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum oldu
0 : 00
0 : 00

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.

“Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2021-ci ildə isə fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi