Parlamentin Səhiyyə komitəsinin yaz sessiyası üçün qanunverici işlər planı açıqlanıb

Parlamentin Səhiyyə komitəsinin yaz sessiyası üçün qanunverici işlər planı açıqlanıb “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq
Milli Məclis
22 yanvar 2018 08:31
Parlamentin Səhiyyə komitəsinin yaz sessiyası üçün qanunverici işlər planı açıqlanıb
Milli Məclis / Report

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin bu ilin yaz sessiyası üçün qanunverici işlər planı müəyyənləşdirilib.

“Report”un xəbərinə görə, bu barədə Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.

O bildirib ki, buraya əsasən Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim etdiyi qanun layihələri daxildir.

Bundan başqa, komitədə hazırlanan qanun layihələri - “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.

“İnsan orqan və (və ya) toxumalarının transplanmtasiyası haqqında” qanun layihəsinə dəyişikliklər, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələri ilə bağlı, o cümlədən Autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi