Yuxarı
    Bağlamaq

    Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb

    Dinlə
    © Report

    Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası başlayıb.

    "Report" xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 52 məsələ daxildir.

    Bunlar "Məhkəmələr və hakimlər haqqında", Notariat haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Elektron ticarət haqqında" "Lisensiyalar və icazələr haqqında", "Patent haqqında", "Banklar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Mülki, Gömrük məcəllələrinə dəyişiklik layihələridir.

    Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi