Parlamentin komitə sədri insanları təşvişə düşməməyə çağırdı

Parlamentin komitə sədri insanları təşvişə düşməməyə çağırdı “Bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib”.
Milli Məclis
13 Mart , 2020 12:46
Parlamentin komitə sədri insanları təşvişə düşməməyə çağırdı

“Bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib”. 

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək: “Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini 55 dollardan götürmüşük. Amma hazırda neftin qiyməti 30-35 dollardır. Mən insanları təşvişə düşməməyə çağırıram”.

Son xəbərlər

Orphus sistemi