Yuxarı

Parlamentin komitə sədri: “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”

“Müalicəsi olmayan xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır”
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Azərbaycanda hazırda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, istər maddi-texniki baza, istərsə də kadr potensialı buna imkan verir: “Biz Azərbaycanda bütün xəstəlikləri müalicə edə bilərik. Bəzən insanları düzgün istiqamətləndirmirlər. Təəssüflər olsun ki, bəzi hallarda bunu xəstəxanalar edir. Əvvəllər Azərbaycan texnologiyalar sahəsində geri qalırdı, bu gün isə belə hal yoxdur. Amma elə xəstəliklər var ki bəşəriyyət onun qarşısında acizdir. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi