Yuxarı

Parlamentin iki komitəsində “Könüllülər Parlamenti Azərbaycan-2019” layihəsinin iştirakçıları ilə görüş keçirilib

© Report

Bakı. 20 fevral. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

“Report”un xəbərinə görə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, “ASAN Könüllüləri” Təşkilatı beynəlxalq tədbirlərdə kifayət qədər tanınıb.

O, parlamentin fəaliyyəti ilə bağlı gənclərə məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanda gənclər üçün lazım olan şərait yaradılır. Biz gənclik illərimizdə qanunverici orqanın binasının ətrafında gəzmək belə, bizim üçün əlçatmaz idi. Bu gün gənclərə böyük diqqət və qayğı var. “ASAN Könüllüləri” Təşkilatının fəaliyyəti ilə fəxr edirik.

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi