Parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib

Parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib Komissiyaların tərkibi dəyişdirilməyib
Milli Məclis
1 Fevral , 2018 12:08
Parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib.

“Report”un xəbərinə görə, İntizam komissiyasının tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Parlamentin Hesablayıcı komissiyasının tərkibi isə belədir: Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin.

İntizam komissiyası və Hesablayıcı komissiyanın tərkibi dəyişdirilməyib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi