Milli Məclisdə ulu öndərin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Milli Məclisdə ulu öndərin anadan olmasının 98-ci ildönümü qeyd olunub Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar
Milli Məclis
169
10 May , 2021 12:06
Milli Məclisdə ulu öndərin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Mayın 10-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər.

Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.

Son xəbərlər

Orphus sistemi